Jon Kolemanyň "Komitet 300" kitabyndan bölek.NASA barada.(azarbeýjança)
«Roma Klubu» Karib hövzəsi böhranında öz həlledici rolunu oynadıqdan sonra, «Böhranların Idarə Olunması» proqramını (bu, «Fövqəladə Vəziyyətlər üzrə Federal Agentliyin», FEMA-nın xələfidir) Prezident Kennediyə sırımağa cəhd etdi. «Tavistok Insan Münasibətləri Institutundan» təşrif buyuran bir neçə alim proqramın mahiyyətini prezidentə izah etmək üçün onunla görüşdülər, lakin Prezident onların məsləhətlərinin hamısını rədd etdi. Prezident Kennedinin öldürüldüyü il «Tavistok Insan Münasibətləri Institutu»nun nümayəndələri Vaşinqtonda NASA ilə yenidən danışıqlara başladılar. Bu dəfə danışıqlar uğurlu oldu. NASA özünün gələcək kosmik proqlamının Amerikanın ictimai rəyinə təsirinin qiymətləndirilməsi ilə əlaqədar «Tavistok Insan Münasibətləri Institutu» ilə müqavilə bağladı.
Kontraktın icrası «Stenford Tədqiqat Institutu» və «Rend Korporasiyasına» (Rand Corporation) tapşırıldı. «Tavistok Insan Münasibətləri Institutunun, «Stenford Tədqiqat Institutunun və «Rend Korporasiyasının» işləyib hazırladıqları bu layihənin materiallarınnın əksəriyyəti işıq üzü görmədi və onlar bu günə qədər də bağlı qalmaqdadır. Bu haqda məlumat əldə etmək üçün Senatda müraciət etdiyim bir neçə nəzarət Komitəsində və Altkomitələrdə mənə «bu barədə heç vaxt heç nə eşitmədiklərini və axtardığımı haradan tapa biləcəyimi heç təsəvvür belə etmədiklərini» bildirdilər. Komitet 300-ün hakimiyyəti və nüfuzu bax bu cürdür. Kəşfiyyat işi üzrə həmkarlarım 1966-cı ildə mənə doktor Anatol Rappaporta (Anatol Rappaport) müraciət etməyi məsləhət gördülər – deyirdilər ki, o, prezident administrasiyasının maraqlı olduğu bir kitab yazıb. Rappaportun bildirdiyi kimi, bu sənədin məqsədi öz faydalılığını çoxdan itirmiş olan NASA-nın kosmik proqramına son qoymaqdan ibarət idi. Rappaport öz işinin bir nüsxəsini məmnuniyyətlə mənə təqdim etdi. Təfərrüatlara varmasaq, kitabın məğzi bundan ibarət idi: NASA-nın bütün kosmik proqramı zibilliyə atılmalıdır. Çünki NASA-da həddən artıq çox belə alim toplaşıb ki, onlar Amerikaya pis təsir göstərirlər, çünki onlar raketlərin hərəkət prinsipindən tutmuş, konstruksiyalarının detallarına qədor, raketlərin necə işlədiyi haqda məktəb və universitetlərdə məmnuniyyətlə mühazirə oxuyurlar. Rappaportun izah etdiyi kimi, bütün bunlar gələcəkdə kosmosun tədqiqatı üzrə mütəxəssis olmağı qərara alan bütöv bir yaşlı nəslin meydana çıxmasına gətirəcək və günlərin birində onlar «artıq» insana çevriləcəklər, çünki 2000-ci il üçün onların bilikləri artıq heç kəsə lazım olmayacaqdır.

4комментария
Чтобы оставить комментарий, необходимо на сайте.