Oguzlar (türkmenler)
Müsəlmanlığı qəbul etmiş oğuz zümrələrini qeyri-müsəlman qardaşlarından fərqləndirmək üçün Mavəraünnəhr müsəlmanları onlara türkmən adı verirdi. Daha əvvəl də dediyimiz kimi, Orta Asiyada müsəlmanlığı birinci qəbul edən türk qövmü Balasağun ilə Mirki arasında yaşayan türkmənlər olduğundan «türkmən» adı Mavəraünnəhr müsəlmanları içində «müsəlman türk» şəklində xüsusi bir məna da qazanmışdı. Oğuzların da islamı qəbul etmiş zümrələrinə müsəlman olduqlarını xatırlatmaq və onları qeyri-müsəlman qardaşlarından ayırd etmək üçün «türkmən» deyildi. Türkmən adının yalnız oğuz müsəlmanlarına verilməsi xüsusu Biruninin də sözlərindən göründüyü kimi, hər cür şübhədən uzaqdır. Gərdizi və Beyhaki kimi Qəznə salnaməçiləri oğuzlardan müsəlman türk mənasında türkmən adı ilə bəhs etmişlər. Bunun əvəzində Yaxın Şərq müəllifləri onları əl-ğuzz, yəni oğuz adlandırmışlar. Çünki oğuzlar özlərinə türkmən demirdilər. Onlar müsəlmanlar tərəfindən hər yerdə özlərinə verilən bu adı uzun zaman mənimsəmədilər və oğuz sözünü atalarının adı kimi olsa da uzun müddət unutmadılar. XIII əsrin sonlarından etibarən artıq hər yerdə «türkmən» sözü «oğuz» sözünü əvəz etmişdir.
«Türkmən» adının mənşəyi müasir müəlliflər kimi qədim müəllifləri də xeyli məşğul etmişdir. Onlardan birinin fikrincə, «türkmən» «türk» sözü ilə farsca «man» (manənd) şəkilçisindən meydana gəlib «türkəbənzər» deməkdir. Bundan əvvəlki haşiyədə böyük alim Biruninin bu fikirdə olduğunu gördük. Kaşğari də öz növbəsində «türkmən» adının eyni şəkildə izahı ilə əlaqədar bir rəvayət nəql etmişdir. Bu misallar XI əsrdə türkmən adının türk+- man (manənd)dən meydana gəldiyinin olduqca yayğın bir fikir olduğunu göstərir. XIV əsrdə İranda da «türkmən» sözünün eyni cür izah edildiyi məlumdur. İkinci fikrə görə, «türkmən» «türki-iman» sözündən yaranmışdır. Bunu isə ibn Kəsir və bizim salnaməçi Məhməd Nəşri və ya onun istinad etdiyi qaynağın müəllifi irəli sürmüşdür. Müasir dövrdə isə «türkmən» sözünün sonundakı «mən»in türkcə mübaliğə şəkilçisi olduğu söylənərək (qocaman, azman, dəyirman və i. a.) bu adın öz türk (əsil türk, böyük türk) mənasına gəldiyi bildirilir.
Səlcuqlu ailəsinin atası Arslan, yuxarıda gördüyümüz kimi, oğuzların kralı idi. Onun oğlu Qutalmış da oğuzlara arxalanaraq səltənət uğrunda mübarizəyə girişmiş, Qutalmışın oğulları Anadoluda fəthlərini onların sayəsində həyata keçirmişlər. Bununla bərabər, xanədanın bu qolu da digərləri kimi məmlük sistemini qəbul etdi. Çünki o dövrlərdə hər bir xanədan üçün bu sistemi qəbul etmək sanki bir zərurət idi. Xanədanın yaşaması və qüdrəti ona bağlı idi. Hər yerdə önünə çıxanı məhv edən monqol qasırğası bu sistemi tam olaraq tətbiq edən bir dövlət qarşısında dayanmaq məcburiyyətində qaldı. Bununla bərabər, Türkiyə səlcuqlularında yenə də dövlətin arxalandığı əsil hərbi qüvvə xanədanın öz qövmü, yəni türkmənlər idi. Türkmənlər bu ölkədə köçərilikdən əl çəkərək oturaq yaşayışa keçməyə başladılar. Onlar daha çox kəndlər salaraq və ya tərk edilmiş kəndlərdə sakin olmaq surətilə yerləşirdilər.
Səlcuqlu ordusuna enerjili sipahi əsgərlərini də məhz onlar verirdilər.
Oturaq həyata keçən türkmənlərə bir müddət sonra artıq türkmən deyil, türk deməyə başladılar. Köçərilərin sayının həmişə çox olmasına gəlincə, bunun
mühüm səbəbi Azərbaycan, Aran və Orta Asiyadan buraya arası kəsilmədən davam edən köçlərdir.
Bu hal, yəni fasiləsiz köçlər səlib səfərlərinin başlanmasından sonra səlcuqlu dövlətinin Anadoluda öz varlığını davam etdirməsində, sonra isə Yaxın Şərqin ən qüvvətli dövləti səviyyəsinə yüksəlməsində çox mühüm amil olmuşdur.
Türkcədən çevirən, ön söz, qeyd və şərhlərin müəllifi: Prof. Dr. Ramiz ƏSKƏR
Faruk Sümeriň "Oguzlar(türkmenler)"atly kitabynyň azarbeýjança terjimesinden bölekler.

49комментариев
Чтобы оставить комментарий, необходимо на сайте.